Ərzaq qiymətləri bahalaşacaq - SƏBƏB
Ukraynaya endirilən son zərbələrdən sonra Qara dənizdə ticarət daşımalarında ciddi problemlər yaranıb.
TodayPress TV xəbər verir ki, təhlükəsizlik risklərinin artması səbəbindən bir çox yük gəmisi Odessa limanına səfərlərini dayandırıb.
Məlumata görə, gəmi operatorları təhlükəsizlik vəziyyətini nəzərə alaraq Ukrayna limanlarına girişdən imtina edirlər. Bu vəziyyətin ərzaq ixracına mənfi təsir göstərəcəyi və nəticədə dünya bazarında ərzaq qiymətlərinin bahalaşmasına səbəb ola biləcəyi bildirilir.
Kübra Musayeva