Ermənistanda seçki məntəqələrində BOMBA XƏBƏRDARLIĞI

Ermənistanda seçki məntəqələrində BOMBA XƏBƏRDARLIĞI
07.06.2026 15:03 Dünya

Ermənistan Daxili İşlər Nazirliyi vətəndaşlara xarici telefon nömrələrindən və elektron poçt ünvanlarından edilən saxta zənglər barədə xəbərdarlıq edib. Bildirilir ki, bu zənglərdə bəzi seçki məntəqələrində bomba yerləşdirildiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, hüquq-mühafizə orqanlarının apardığı yoxlamalar nəticəsində həmin məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilib.

Nazirliyin açıqlamasında bu cür halların “hibrid təsir və informasiya-psixoloji təzyiq cəhdləri” olduğu, seçki prosesinin normal gedişini pozmağa, cəmiyyətdə narahatlıq və etimadsızlıq yaratmağa, həmçinin dövlət qurumlarının işini pozmağa yönəldiyi bildirilib. Qurum vurğulayıb ki, hüquq-mühafizə orqanları vəziyyəti tam nəzarətdə saxlayır. Vətəndaşlara dezinformasiyalara inanmamaq, yoxlanılmamış məlumatları yaymamaq və bu cür hallarla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat vermək çağırışı edilib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri keçirilir. Səsvermədə ümumilikdə 2 milyon 503 min 976 vətəndaşın iştirak etmək hüququ var. Seçkilərdə 2 blok və 16 partiya iştirak edir.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər