Ermənistanda seçki günü qalmaqalı: MTX və polis əməliyyata başladı

Ermənistanda seçki günü qalmaqalı: MTX və polis əməliyyata başladı
07.06.2026 11:17 Dünya

Ermənistanın Gümrü şəhərində seçki günü səhər saatlarından etibarən axtarışlar və saxlanılmaların həyata keçirildiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, “Oragir.News” nəşrinin məlumatına görə, səhər saat 05:00 radələrində “Ermənistan” blokunun qərargahında axtarışlara başlanılıb.

Məlumatda bildirilir ki, deputatlığa namizəd Hasmik Sahradyan saxlanılıb.

Nəşrin iddiasına əsasən, eyni zamanda Ermənistan Milli Təhlükəsizlik Xidməti hüquq müdafiəçisi Karapet Poqosyanın mənzilində də axtarış aparır.

Bundan başqa, “Güclü Ermənistan” blokunun qərargahlarında da axtarışların keçirildiyi qeyd olunur.

Məlumata görə, bir neçə nəfər saxlanılıb. Lakin onların kimliyi və saxlanılma səbəbləri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər