Ermənistanda parlament seçkilərinin qeyri-rəsmi nəticələri açıqlandı
Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı daha bir qeyri-rəsmi exit-pollun nəticələri açıqlanıb.
TodayPress TV bu barədə "caucasianlive"a istinadən məlumat verir.
Məlumata görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" Partiyası seçicilərin 33 faizinin dəstəyini qazanaraq ilk sırada qərarlaşıb.
Qeyri-rəsmi nəticələrə əsasən, Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bloku 21,9 faiz səslə ikinci, Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku isə 13,5 faiz səslə üçüncü yerdədir.
Exit-poll nəticələrində "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qarik Tsarukyanın siyasi qüvvəsinin 6,5 faiz səs topladığı da qeyd olunub.
Ermənistanda seçici fəallığı 60%-dən çox olub. Bu 2021-ci il seçkilərindən daha yüksək nəticədir
Məlumatda "Çiçəklənən Ermənistan", "Güclü Ermənistan" və "Ermənistan bloku" qələbə olacağı təqdirdə koalisiya qura biləcəklərini və Paşinyanla heç bir əsasda koalisiyada iştirak etməyəcəklərini bəyan ediblər.
Qeyd edək ki, sözügedən göstəricilər qeyri-rəsmi exit-poll məlumatlarıdır və Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələri ilə fərqlənə bilər.