Ermənistanda milyonlarla seçici səs verdi – Rəsmi göstərici açıqlandı
Ermənistanda keçirilən seçkilərdə seçici fəallığı 58,9 faiz təşkil edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, səsvermə hüququ olan vətəndaşların 58,9 faizi seçkilərdə iştirak edib. Seçkilərin yekun nəticələrinin səslərin hesablanması başa çatdıqdan sonra açıqlanacağı bildirilib.