Ermənistanda hərbçi güllə yarasından öldü
Ermənistan Silahlı Qüvvələrinin hərbçisi poliqonda aldığı güllə yarası nəticəsində ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Shamshyan.com" məlumat yayıb.
Məlumata görə, 19 yaşlı əsgər hadisədən sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.