Ermənistanda atışma- Yaralanan var
Ermənistanda İqtisadiyyat Nazirliyinin binası yaxınlığında atışma baş verib, nəticədə bir nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
İlkin məlumata görə, İqtisadiyyat Nazirliyinin özəl mühafizə şirkətinin əməkdaşı, 21 yaşlı Suren Rusyan sol ayağından yaralanıb.
Hadisənin təfərrüatları araşdırılır.