Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
Ermənistanda üç nazirliyin adı dəyişdirilib.
TodayPress TV xəbər verir ki, erməni KİV-lərinin yaydığı məlumata görə, “Hökumətin strukturu və tərkibi haqqında” qanuna müvafiq dəyişikliklər parlamentdə ikinci və yekun oxunuşda qəbul edilib.
Dəyişikliyə əsasən, Xarici İşlər Nazirliyi bundan sonra Xarici İşlər və Xarici Ticarət Nazirliyi, Yüksək Texnologiyalar Sənayesi Nazirliyi isə Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi adlandırılacaq.
Əmək və Sosial Məsələlər Nazirliyinin adı da Əmək və Rifah Nazirliyi olaraq dəyişdirilib.
Qanuna edilən dəyişikliklərin qəbulundan sonra yeni adlar rəsmi şəkildə qüvvəyə minəcək.
Kübra Musayeva