Ermənistan və Aİ tərəfdaşlıq sazişi imzalayacaq

Dünya

02.12.2025 11:22

Dekabrın 2-də Brüsseldə keçiriləcək Tərəfdaşlıq Şurasının iclasından sonra Ermənistan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq gündəliyi imzalanacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə siyasəti üzrə ali komissarı Marta Kos Brüsseldə jurnalistlərlə görüşündə bildirib. 

Yeni tərəfdaşlıq gündəliyini Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Kaya Kallas imzalayacaq.

“Aİ-Ermənistan Tərəfdaşlıq Şurası toplanacaq. Burada biz Ermənistan və Aİ arasında strateji tərəfdaşlıq üçün yeni gündəliyi qəbul edəcəyik ki, bu da bizim edə biləcəyimiz işlərin fəaliyyət planına, yol xəritəsinə çevriləcək”, - deyə Marta Kos bildirib. 

O, aydınlaşdırıb ki, gündəliyə Ermənistanın iqtisadi inkişafına töhfə verəcək və institutlarını gücləndirəcək yardımlar var.

Yeni tərəfdaşlıq gündəliyinə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da daxil olacaq. Marta Kos əlavə edib ki, qarşıdan gələn parlament seçkiləri ərəfəsində potensial hibrid təhlükələrə, dezinformasiyanın yayılmasına və kiberhücumlara qarşı mübarizədə Ermənistanı dəstəkləyəcəklər.

Aysel Mətləb

TodayPress TV

tag: Ermənistan,Aİ,Müzakirə,Görüş,Todaypress.tv,