Ermənistan Türkiyə ilə sərhəddə körpülər tikməyə hazırlaşır

Ermənistan Türkiyə ilə sərhəddə körpülər tikməyə hazırlaşır
14.01.2026 14:35 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədin müəyyən hissələrində bir neçə körpünün tikintisinin mümkünlüyünü açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Regionda nəqliyyat əlaqələrinin və potensial olaraq sərhədlərin açılması perspektivlərindən danışan Paşinyan qeyd edib ki, Marqara sərhəd keçid məntəqəsi yaxınlığında, eləcə də Axurik keçid məntəqəsində daha bir körpünün tikintisi zəruri ola bilər. 

O əlavə edib ki, Yerasx yaxınlığında Naxçıvanla sərhəddə müasir gömrük və sərhəd terminalları tikilməlidir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər