Ermənistan büdcəni doldurmaq üçün 150 milyon kredit götürəcək
Ermənistan büdcəsini doldurmaq üçün 15 illik, 3 illik güzəşt müddətli və dəyişkən faizli 150 milyon dollar kredit alacaq.
TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, vəsait əsasən büdcənin ümumi xərcləri üçün istifadə olunacaq.
Hökumət həmçinin kreditin bir hissəsi ilə infrastruktur investisiyaları üzərində maliyyə nəzarətini gücləndirməyi və dövlət istiqrazları bazarını inkişaf etdirməyi planlaşdırır.
Jalə Rövşən