Erməni generalın beynəlxalq axtarışa verildiyi təsdiqləndi

Erməni generalın beynəlxalq axtarışa verildiyi təsdiqləndi
01.12.2025 17:13 Dünya

Ermənistan Baş Prokurorluğu general Qriqori Xaçaturovun axtarışa verildiyini təsdiqləyib.

TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu istefada olan general-mayor, 3-cü Ordu Korpusunun keçmiş komandiri Qriqori Xaçaturov barəsində cinayət işi açıldığını və onun beynəlxalq axtarışa verildiyini təsdiqləyib.

Xaçaturov – Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğludur. O, müharibə zamanı rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə və nəticədə bir nəfərin ölümünə səbəb olmaqda ittiham olunur.

Məhkəmə müstəntiqin onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətini təmin etməyib. Prokurorluq qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.

Bundan əlavə, general haqqında “vəzifə mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş daşınmaz əmlakın xüsusilə külli miqdarda leqallaşdırılması” maddəsi ilə də cinayət işi açılıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər