Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutdu

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutdu
27.08.2026 18:33 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, liderlər Türkiyə-Qazaxıstan ikitərəfli münasibətlərini və regional məsələləri müzakirə ediblər.

Ərdoğan görüş zamanı avqustun 23-də Qazaxıstanda keçirilən Qurultay seçkiləri ilə əlaqədar Tokayevə təbriklərini çatdırıb, seçkilərdə iştirak səviyyəsinin yüksək olmasının həyata keçirilən islahatlara ictimai dəstəyin göstəricisi olduğunu bildirib.

Lider qarşıdakı dövrdə Türkiyə-Qazaxıstan ikitərəfli münasibətlərinin inkişafı üçün səylərini davam etdirəcəklərini ifadə edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər