Ərdoğan və Sindi Kiro islamofobiya ilə mübarizəni müzakirə etdilər

Ərdoğan və Sindi Kiro islamofobiya ilə mübarizəni müzakirə etdilər
21.04.2026 22:30 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyanın general-qubernatoru Sindi Kironu qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyə-Yeni Zelandiya əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

"Türkiyənin Yeni Zelandiya ilə başda ticarət olmaqla, müdafiə sənayesi və nəqliyyat sahələrində əlaqələri inkişaf etdirməyi hədəflədiyi bildirilib", - məlumatda qeyd olunub.

Söhbət zamanı Yeni Zelandiyanın islamofobiya ilə mübarizəsi xüsusi vurğulanıb, Yeni Zelandiyanın Fələstin Dövlətini tanımasının həllə töhfə verəcəyi qeyd edilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər