Ərbil hava limanı yaxınlığında partlayış baş verdi - VİDEO

Ərbil hava limanı yaxınlığında partlayış baş verdi - VİDEO
24.07.2026 13:39 Dünya

İraq Kürdüstanındakı Ərbil hava limanı ətrafında beynəlxalq koalisiyanın hava hücumundan müdafiə sistemləri partlayıcı maddə ilə yüklənmiş 6 pilotsuz uçuş aparatını havada məhv edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Kurdistan 24" məlumat yayıb.

Məlumata görə, hücum iyulun 24-də səhər saatlarında baş verib. Bütün dronlar havada zərərsizləşdirildiyindən dağıntı və xəsarət alan olmayıb.

Hazırda pilotsuz uçuş aparatlarını kimin buraxdığı və onların konkret hansı hədəfi vurmağa çalışdığı barədə rəsmi məlumat verilməyib.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər