Əraqçi: “Yeganə həll yolu diplomatiyadır”

Dünya

20.02.2026 21:01

İranın xarici işlər naziri Abbas Əraqçi İranın nüvə proqramı üçün həll yolunun yalnız diplomatiya olduğunu bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə, o, “MSNBC” televiziyasında “Morning Joe” proqramında İranın nüvə proqramı ilə bağlı sualları cavablandırarkən məlumat verib. 

"İranın nüvə proqramı üçün hərbi həll yolu yoxdur. Bu, keçən il sınaqdan keçirildi. Onlar obyektlərimizə böyük hücumlar etdilər, alimlərimizi öldürdülər, lakin nüvə proqramımızı məhv edə bilmədilər. Çünki bu, bizim inkişaf etdirdiyimiz və bizə məxsus olan bir texnologiyadır. Yeganə həll yolu diplomatiyadır. Buna görə də ABŞ danışıqlar masasına qayıdıb və razılaşma axtarır. Biz buna hazırıq. Biz müharibəyə və sülhə hazırıq", - deyə Əraqçi vurğulayıb.

Nazir xatırladıb ki, əvvəlki ABŞ administrasiyaları müharibə, sanksiyalar və bir çox digər təşəbbüslər də daxil olmaqla, İrana qarşı hər şeyi edib, amma heç biri nəticə verməyib. 

Aysel Mətləb

TodayPress TV

tag: Əraqçi,ABŞ,İran,Nüvə,İsrail,Todaypress.tv,