Əraqçi üç ölkəyə səfər edəcək: Nələr müzakirə olunacaq?

Əraqçi üç ölkəyə səfər edəcək: Nələr müzakirə olunacaq?
24.04.2026 20:36 Dünya

ABŞ, İsrail və İran arasındakı münaqişənin dayandırılmasına yönəlmiş səylər İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistan, Oman və Rusiyaya səfəri zamanı müzakirə olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici siyasət idarəsinin rəsmisi İsmail Bəqai məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində xarici işlər naziri Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olması məsələsini müzakirə edəcək.

Xatırladaq ki, bundan əvvəl "IRNA" agentliyi Əraqçinin aprelin 24-ü axşam saatlarında İslamabada yola düşəcəyini, daha sonra isə Maskat və Moskvaya səfər edəcəyini xəbər vermişdi.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər