Əraqçi Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə danışıqlar aparmayacaq

Dünya

24.04.2026 23:30

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistana gözlənilən səfəri zamanı ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner ilə görüşməyi planlaşdırmır.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt Stiv Uitkoff və Cared Kuşnerin İranla növbəti danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada yola düşəcəklərini bildirmişdi.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Əraqçi,Pakistan,Danışıq,TodayPress TV,