Əraqçi: "ABŞ uranın zənginləşdirilməsinin dayandırılmasını tələb etməyib"
Dünya
20.02.2026 21:50
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin uranın zənginləşdirilməsinin dayandırılmasını tələb etmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə, o, “MSNBC” televiziyasına müsahibəsində bildirib.
"Hazırda danışdığımız məsələ İranın nüvə proqramının, o cümlədən zənginləşdirmənin dinc xarakter daşımasını və əbədi olaraq dinc qalmasını necə təmin etməkdir”, - deyə o vurğulayıb.
Əraqçi həmçinin ABŞ və İsrail mətbuatında İranın uranın zənginləşdirilməsi fəaliyyətlərini bir neçə il dayandırmağı təklif etdiyinə dair iddiaları da təkzib edib.
Nazir əlavə edib ki, İran danışıqlar çərçivəsində iki-üç gün ərzində Vaşinqton administrasiyasına nüvə sazişinin layihəsini təqdim edəcək:
"Növbəti addımım ABŞ-dəkı həmkarlarıma mümkün sazişin layihəsini təqdim etməkdir. İnanıram ki, bu, yaxın iki-üç gün ərzində hazır olacaq və rəhbərlərimdən yekun təsdiq aldıqdan sonra ABŞ-nin xüsusi elçisi Stiv Uitkova təqdim ediləcək".
Aysel Mətləb
tag: Əraqçi,ABŞ,Uran,Nüvə,İran,Todaypress.tv,
