Əl-Şaraa Aİ-dən İsrailin Suriyaya hücumlarını dayandırmağı xahiş etdi
Dünya
24.04.2026 21:10
Suriya Prezidenti Əhməd əl-Şara Avropa İttifaqına (Aİ) üzv ölkələrə müraciət edərək, onları İsrailə qarşı qətiyyətli mövqe tutmağa və ölkənin Suriya ərazisinə hücumlarını dayandırmağa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, Kiprdə keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Prezident Avropanın təhlükəsizliyinin regionun təhlükəsizliyi ilə bağlı olduğunu vurğulayıb:
"Avropa qitəsinin və bizim regionun təhlükəsizliyi bölünməz geosiyasi tarazlığı təmsil edir".
Suriya lideri Aİ-ni İsrailin qarşısının alınması üçün məsuliyyəti üzərinə götürməyə çağırıb və qeyd edib ki, İsrailin hücumları sabitliyə, təhlükəsizliyə və ölkənin bərpası istiqamətindəki səylərə qarşı yönəlib.
Aysel Mətləb
tag: Aİ,Suriya,İsrail,Əl-Şaraa,TodayPress TV,
