Ekipaj xilas edildi, kapitan isə yoxa çıxdı – Qara dənizdə müəmmalı hadisə
Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Qara dənizdə “Armada Lider” tankerinin kapitanı Oleq Vıqonnı itkin düşüb.
TodayPress TV xəbər verir ki, gəmi sentyabrın 10-da Abxaziya sahillərində, neytral sularda, 12 millik zonada PUA-ların hücumuna məruz qalıb.
Ekipaj təxliyə edilib, lakin kapitan gəmidə qalıb.
İki gün sonra tankerə baxış keçirilsə də, Vıqonnı gəmidə aşkarlanmayıb.
Kapitanın yaxınları onun gəmini müstəqil şəkildə tərk etmiş ola biləcəyini ehtimal edir və Qara dənizin həmin hissəsində olan balıqçılardan, dənizçilərdən və digər şəxslərdən axtarışlara kömək etmələrini xahiş ediblər.
Aysel Mətləb