İran diplomatları İsveçrəyə "ətəyi əlindən uzun" gedir

İran diplomatları İsveçrəyə "ətəyi əlindən uzun" gedir
20.06.2026 19:26 Dünya

İranın parlament sədri Məhəmməd Bağır Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati ABŞ ilə imzalanmış memorandumun icrasını müzakirə etmək üçün İsveçrəyə yola düşüblər.

TodayPress TV xəbər verir ki, bu barədə Qalibaf "Telegram" kanalında məlumat verib.

Nümayəndə heyətinin tərkibinə, həmçinin Neft nazirinin müavini və Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, Xarici İşlər nazirinin müavini Kazım Qaribabadi və XİN sözçüsü İsmail Bəqai də daxil olub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər