Dünyanın diqqəti Londonda: Zelenski vacib danışıqlara başlayır
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Böyük Britaniyaya səfər edib.
TodayPress TV xəbər verir ki, Zelenski səfər çərçivəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Friedrix Merts ilə görüşəcək.
Görüşlərdə Ukraynadakı vəziyyət, təhlükəsizlik məsələləri və tərəflər arasında əməkdaşlığın müzakirə olunacağı gözlənilir.