"Disneyland"ın ulduzu işdən çıxarıldı

"Disneyland"ın ulduzu işdən çıxarıldı
15.01.2026 06:12 Dünya
Səkkiz il “Disneyland” əyləncə parkında çalışan aktrisa Sabrina Von B. qəfil işdən çıxarılıb. Bu qərardan sonra isə o, uzun illər gizli saxladığı kimliyini açıqlayıb və hekayəsi qısa müddətdə bütün dünyada səs-küyə səbəb olub.

TodayPress TV xəbər verir ki, Sabrina karyerasına cəmi 18 yaşında ikən “Disneyland”da başlayıb. O, illər ərzində parkın ən məşhur antaqonistlərini – Şər Kraliçası, Malefisent, Aqata Harkness və Ledi Tremeyn kimi obrazları canlandırıb. Xüsusilə qonaqlarla qurduğu improvizə dialoqlar sayəsində Sabrina “TikTok”da milyonlarla baxış toplayaraq parkın ən sevilən cani simalarından birinə çevrilib.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər