Danimarka: “Sülh Şurası"na niyə dəvət olunmadığımız məlum deyil

Danimarka: “Sülh Şurası"na niyə dəvət olunmadığımız məlum deyil
19.02.2026 23:45 Dünya

Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen ölkəsinin Qəzza üçün yaradılmış "Sülh Şurası"na niyə dəvət olunmadığını bilmədiyini bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə, o, mətbuata açıqlama verib.    

Nazir vurğulayıb ki, dəvət almadıqları iclasa qatılmamalarının “utanılacaq bir şey olmadığını” düşünür:  

"Niyə dəvət olunmadığımızı bilmirəm. Əgər indi çıxıb “Bu, ABŞ prezidenti Donald Trampın layihəsidir, bizim bununla heç bir əlaqəmiz yoxdur” desəydik, təsir göstərmək imkanını zəiflədərdik. Bizim də soruşmalı olan bəzi suallarımız var. Tramp bu rolu ABŞ Prezidenti kimi deyil, "Donald Tramp" kimi qəbul edir və ona geniş veto səlahiyyəti verilməsi planlaşdırılır". 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər