Daha bir qeyri-rəsmi nəticə: Paşinyan seçkilərdə böyük fərqlə öndədir

Daha bir qeyri-rəsmi nəticə: Paşinyan seçkilərdə böyük fərqlə öndədir
07.06.2026 21:04 Dünya

Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı daha bir qeyri-rəsmi exit-poll nəticəsi açıqlanıb.

TodayPress TV bu barədə "Civic News"a istinadən məlumat verir.

Məlumata görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Qədim Ermənistan" Partiyası səslərin 56,7 faizini toplayaraq ilk sırada qərarlaşıb.

Qeyri-rəsmi nəticələrə əsasən, rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" Partiyası isə 17,5 faiz səs qazanıb.

Qeyd edək ki, sözügedən rəqəmlər exit-poll məlumatlarına əsaslanır və Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqlayacağı rəsmi nəticələrdən fərqlənə bilər.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər