Dağıstanda əhali TƏCİLİ PEYVƏND olunur!

Dünya

06.04.2026 18:30

Dağıstanda daşqınlardan sonra əhali "hepatit A" virusuna qarşı peyvənd olunur.

TodayPress TV  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov deyib.

O bildirib ki, tibbi xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir və zərər çəkmiş ərazilərdə vaksinasiya aparılır.

“Dağıstanda daşqından zərər çəkmiş rayonlarda əhali "hepatit A"ya qarşı peyvənd olunur. Tibbi xidmətlər gücləndirilmiş rejimdə işləyir”, — deyə Kuznetsov bildirib.

Məlumata görə, martın sonunda Şimali Qafqaz bölgəsində baş verən güclü daşqınlar içməli suyun çirklənməsinə səbəb olub və onlarla insan qida zəhərlənməsi ilə üzləşib.

Hazırda bölgədə virusun yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülür.

Qiymət Mahir

tag: Dağıstan,hepatit A,Rusiya ,Daşqın,TodayPress TV,