CNN: "ERAM" raketlərinin Ukraynaya tədarükü 2025-ci ildə başlaya bilər

CNN: "ERAM" raketlərinin Ukraynaya tədarükü 2025-ci ildə başlaya bilər
29.08.2025 12:10 Dünya

Uçuş məsafəsi artırılmış idarəolunan "ERAM" raketləri 2025-ci ildən etibarən Ukraynaya göndərilə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, hələlik raketlərin istifadəsinə hansısa məhdudiyyətlərin qoyulub-qoyulmayacağı məlum deyil.

Xatırladaq ki, avqustun 28-də ABŞ Dövlət Departamenti Ukraynaya 825 milyon dollar dəyərində "ERAM" raketlərinin və əlaqəli avadanlıqların satışını nəzərdə tutan mümkün sazişi təsdiqləyib. Ukrayna tərəfi 3 350 ədəd raket və eyni sayda müdaxiləyə davamlı naviqasiya sistemi sifariş edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər