Çinə səfərin ağır bədəli: Putin Moskvaya enməmiş Rusiya iqtisadiyyatı çökdü

Dünya

22.05.2026 11:29

Rusiya Prezidenti Vladimir Putinin Çin lideri Si Cinpinə son səfəri “Sibirin Gücü-2” qaz kəmərinin tikintisi ilə bağlı razılıq əldə etmədən başa çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Bu uğursuzluq “Qazprom” şirkətinin və bütün Rusiya bazarının kəskin düşməsinə səbəb olub.

Səfər zamanı imzalanan 40 sənəddən heç biri neft-qaz sahəsinə aid olmayıb. “Sibirin Gücü-2” layihəsi isə ümumiyyətlə qeyd olunmayıb.

Səfərdən sonra bir gün ərzində “Qazprom”un bazar dəyəri təxminən 100 milyard rubl (təqribən 1,4 milyard dollar) azalıb. Səfər başlayandan bəri ümumi itkilər isə 120 milyard rublu (təxminən 1,75 milyard dollar) keçib.

Əsas problem illərdir davam edən qiymət mübahisəsidir. Çin Rusiyadan qazı daxili Rusiya qiyməti ilə – min kubmetrə 50 dollar səviyyəsində almaq tələb edir. Bu, hazırda Çinin ödədiyi qiymətdən 5 dəfə, “Qazprom”un digər xarici alıcılara satdığı qiymətdən isə 8,5 dəfə aşağıdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rusiya,Çin,Qaz,Qazprom,Todaypress.tv,