Almaniyada "küçə döyüşləri"ndə 100-ə yaxın polis yaralandı - VİDEO

Almaniyada "küçə döyüşləri"ndə 100-ə yaxın polis yaralandı - VİDEO
02.11.2026 17:49 Dünya

Almaniyada baş verən iğtişaşlar zamanı təxminən 100 polis əməkdaşı yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

TodayPress TV xəbər verir ki,  yerli KİV-in məlumatına görə, təkcə Frankfurtda 17 mağazaya ziyan dəyib, onlardan 5-i talan edilib. Hadisələrlə əlaqədar 13-29 yaş aralığında 54 nəfər saxlanılıb.

İğtişaşlar Hamburq və Köln şəhərlərinə də yayılıb. Həmin şəhərlərdə barrikadalar yandırılıb, mağazaların vitrinləri sındırılıb.

Hessen əyalətinin daxili işlər naziri Roman Posek saxlanılan və hadisələrdə şübhəli bilinən şəxslərin əsasən miqrant mənşəli olduğunu bildirib.

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt isə iğtişaşlarda solçu qrupları günahlandırıb və hadisələrdə iştirak edənlərin ağır cəzalandırılacağını vəd edib. Qeyd edilir ki, "ağır cəza" dedikdə təkcə deportasiya və ya həbs nəzərədə tutulmur 

Jalə Rövşən 

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər