Çində “Terminator” yaradıldı: Hədəfləri özü seçir, hücuma keçir

Çində “Terminator” yaradıldı: Hədəfləri özü seçir, hücuma keçir
21.11.2026 03:41 Dünya

Çində haker hücumları həyata keçirmək üçün nəzərdə tutulan və smartfon vasitəsilə idarə edilə bilən süni intellekt sistemi hazırlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

ARTEX adlı sistemə tapşırıqlar adi dildə verilir. Bundan sonra süni intellekt özü təhlükəsizlik boşluqlarını axtarır, hücum üsullarını seçir və uğursuz cəhdlərdən sonra fəaliyyət strategiyasını dəyişir.

Nəşrin məlumatına görə, bu alətin dünyanın müxtəlif ölkələrində yüzlərlə təşkilata qarşı həyata keçirilən kiberhücumlarla əlaqəsi olduğu bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər