Çində illik inflyasiya aşağı düşdü

Çində illik inflyasiya aşağı düşdü
10.09.2025 10:39 Dünya

Çinin əsas inflyasiya göstəricisi olan istehlak qiymətləri indeksi (CPI) 2024-cü ilin avqust ayında illik göstəricidə 0,4% azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Dövlət Statistika İdarəsi məlumat verib.

Aylıq göstəricidə qiymətlər şəhərlərdə 0,3%, kənd yerlərində isə 0,6% ucuzlaşıb. 2024-cü ilin avqustu ilə müqayisədə ərzaq məhsulları 4,3%, nəqliyyat və rabitə xidmətləri isə 2,4% ucuzlaşıb.

Rəsmi proqnoza əsasən, bu ilin əvvəlindən qiymətlər ümumilikdə 0,1% azalıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər