Çində 3000 illik məzarlar tapıldı

Çində 3000 illik məzarlar tapıldı
08.01.2026 19:15 Dünya

Çinli arxeoloqlar Şenmi bölgəsində 3000 il əvvələ aid 31 məzar aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qəbirlər Veynan şəhərində tapılıb və onlardan 300 unikal artefakt, o cümlədən daş qonqlar və əjdaha naxışlı nefrit kulonlar çıxarılıb.

Mütəxəssislər bildiriblər ki, məzarlardan biri şəhər meri və onun həyat yoldaşına aid ola bilər. O dövrdə zadəgan çinlilərin ailə məzarlarında dəfn olunması geniş yayılmış adət olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər