Çin Yaponiyanın yanında yox, qarşısındadır - Kuril adalarında yeni qarşıdurma?
Çin Pekinin Yaponiyanın Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı etirazlarını dəstəkləməyib.
TodayPress TV xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Quo Czyakunun sözlərinə görə, Yaponiya Qahirə və Potsdam bəyannamələri kimi beynəlxalq hüquqi sənədlərlə müəyyən edilmiş İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq nizama riayət etməlidir.
Diplomat bu açıqlamanı jurnalistin Rusiyanın Yaponiyanın öz ərazisi hesab etdiyi Cənubi Kuril adalarına daxil olan İturup adasına Putinin səfəri ilə bağlı Çinin mövqeyi barədə sualını cavablandırarkən verib.
Kübra Musayeva