Çin vətəndaşlarına Floridada daşınmaz əmlak almaq qadağan edildi
Dünya
05.11.2025 10:44
ABŞ-nin Florida ştatı Çin vətəndaşlarının ərazisində daşınmaz əmlak almasını qadağan edən qanunu qüvvəyə mindirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qanuna əsasən, Çin Xalq Respublikasının ABŞ-də daimi yaşayış icazəsinə malik olmayan vətəndaşları ştatda torpaq və ya daşınmaz əmlak ala bilməzlər.
Qanun Florida qubernatoru Ron Desantis tərəfindən imzalanıb və məqsədi “Çin Kommunist Partiyasının ABŞ-dəkı təsirini məhdudlaşdırmaq” kimi izah edilib.
Qubernator Desantis bildirib ki, bu məhdudiyyətlər “ABŞ-nin milli təhlükəsizliyinin qorunması” məqsədilə tətbiq olunub və Çinin strateji obyektlərə, xüsusilə də hərbi bazalara təsir imkanlarının qarşısını almağa yönəlib.
Aysel Mətləb
tag: Çin ,ABŞ,Florida,Əmlak,Todaypress.tv,
