Çin dayanmır - Yanğınları söndürmək üçün dronlardan su bombaları düzəltdilər - VİDEO
Çin meşə yanğınları ilə dronlar vasitəsilə mübarizə apara bilən yeni yanğınsöndürmə maşınını təqdim edib.
TodayPress TV xəbər verir ki, yeni texnika 10 pilotsuz uçuş aparatı ilə təchiz olunub.
Bu dronlar bir neçə saniyə ərzində havaya qalxaraq yanğının ilkin ocaqlarına xüsusi su kapsulları atmaq imkanına malikdir.
Layihənin əsas məqsədi yanğın baş verən ərazilərə klassik yanğınsöndürmə maşınları və aviasiya vasitələri çatana qədər operativ müdaxilə etməkdir.
Mütəxəssislərin fikrincə, yanğının ilk mərhələsində həyata keçirilən bu cür müdaxilə alovun geniş əraziyə yayılmasının qarşısını almaqda həlledici rol oynaya bilər.
Nicat Osmanlı