Çin ABŞ-nin İranla bağlı 25 faizlik rüsum qərarına sərt reaksiya verdi

Çin ABŞ-nin İranla bağlı 25 faizlik rüsum qərarına sərt reaksiya verdi
13.01.2026 15:47 Dünya

Çin ABŞ-nin İranla əməkdaşlığa görə 25 faizlik rüsum tətbiq edəcəyi təqdirdə öz maraqlarını qətiyyətlə qoruyacağını bəyan edib.

TodayPress TV xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin TASS-a açıqlamasında deyib.

Diplomat bildirib ki, tarif müharibəsində qalib olmur və Pekin öz qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcək:

“Tarif müharibəsində qalib yoxdur. Çin öz qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq”.

Mao Nin vurğulayıb ki, Çin bu kimi məsələlərdə aydın və dəyişməz mövqeyə malikdir.

Qeyd edək ki,  ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran İslam Respublikası ilə əməkdaşlıq edən bütün dövlətlərə qarşı 25 faizlik rüsum tətbiq olunacağını açıqlayıb. Tramp bildirib ki, bu qərar dərhal qüvvəyə minir və yenidən baxılmayacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər