Cevdet Yılmaz: “Türkiyə dünyanın 11-ci ən böyük iqtisadiyyatıdır”
“Türkiyə alıcılıq qabiliyyətinə görə dünyanın 11-ci, Avropanın isə 4-cü ən böyük iqtisadiyyatıdır”.
TodayPress TV xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Albaniyanın paytaxtı Tiranada Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi tərəfindən təşkil edilən Türk İş Dünyası Görüşü proqramında çıxışı zamanı deyib.
O, Türkiyə iqtisadiyyatının həm regional, həm də qlobal miqyasda etimad doğuran möhkəm quruluşu ilə sabit şəkildə böyüməyə davam etdiyini və 2025-ci ildə iqtisadi həcmin 1,5 trilyon dolları keçəcəyini gözlədiklərini bildirib.
Aysel Mətləb