Çernobıl yenidən hədəfdə: Zelenskidən sərt açıqlama

Çernobıl yenidən hədəfdə: Zelenskidən sərt açıqlama
07.06.2026 13:30 Dünya

"Rusiya qüvvələri bu gün yenidən Çernobıl Atom Elektrik Stansiyası ətrafındakı əraziyə hücum edib".

TodayPress TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimiz Zelenski deyib.

Zelenskinin sözlərinə görə, ötən gecə Ukraynanın 13 bölgəsində mülki obyektlər də hədəfə alınıb.

Ukrayna lideri qeyd edib ki, Rusiya son bir həftə ərzində ölkəyə qarşı 88 raket, 3 250-dən çox hücum tipli pilotsuz uçuş aparatı və təxminən 1 800 idarəolunan aviabomba istifadə edib.

Zelenski beynəlxalq tərəfdaşları Rusiyaya qarşı təzyiqləri artırmağa və Ukraynanın müdafiəsinə dəstəyi davam etdirməyə çağırıb.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər