Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi
Cənubi Koreyada davam edən güclü isti hava dalğası nəticəsində ölkənin cənub-şərqində yerləşən Yanqsan şəhərində havanın temperaturu 42 dərəcəyə çataraq milli rekordu yeniləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Meteorologiya İdarəsinə (KMA) istinadən məlumat yayıb.
Məlumata görə, ölkənin cənub-şərqində yerləşən Yanqsan şəhərində günorta saatlarında havanın temperaturu 40,9 dərəcə qeydə alınıb. Gün ərzində isə temperatur 42 dərəcəni ötərək 1904-cü ildən etibarən meteoroloji müşahidələrin aparıldığı dövrdə ölkə üzrə qeydə alınmış ən yüksək göstərici kimi tarixə düşüb.
Aysel Mətləb