CENTCOM: Blokada çərçivəsində 33 gəminin hərəkəti dayandırıldı
Blokadanın başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İran limanlarından yola düşən və ya İran limanlarına gedən 33 ticarət gəmisini ələ keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumat yayıb.
Komandanlığa əsasən, onların hamısı ABŞ Hərbi Dəniz Qüvvələrindən əmr aldıqdan sonra geri dönüb və ya limana qayıdıb. Gəmilərin əksəriyyəti neft tankerləri olub.
Aysel Mətləb