Burj Xəlifəni “tozda qoyacaq” bina tikilir - REKORD hündürlük
Səudiyyə Ərəbistanının Ciddə şəhərində inşa edilən “Jeddah Tower” tamamlandıqdan sonra dünyanın ən hündür binası olacaq.
TodayPress TV UNİAN-a istinadən xəbər verir ki, layihəyə əsasən, göydələnin hündürlüyü ilk dəfə 1 kilometri keçəcək.
Hazırda binanın tikintisi 160 mərtəbədən 106-cı mərtəbəyədək tamamlanıb və hündürlüyü 426 metrə çatıb. Layihənin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
Göydələndə mənzillər, ofislər, otel, xidmət sahələri və 59 lift yerləşəcək. Burada, həmçinin 640 metrdən yuxarı hündürlükdə dünyanın ən yüksək müşahidə meydançası yaradılacaq.
Qeyd edək ki, “Jeddah Tower” Səudiyyə Ərəbistanının “Saudi Vision 2030” proqramının əsas layihələrindən biri hesab olunur və ölkədə turizmin, iqtisadiyyatın inkişafına töhfə verməsi gözlənilir.