Budanov: Müharibə bir neçə ildən sonra Avropaya yayıla bilər
Hazırda Rusiya–Ukrayna müharibəsi Avropa ölkələrinə yayılmasa da, gələcəkdə bu ehtimal istisna olunmur.
Todaypress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.
Onun sözlərinə görə, müharibənin Avropa Birliyi ölkələrinə bir neçə ildən sonra keçməsi mümkündür:
“Bir neçə ildən sonra bu, çox böyük ehtimalla baş verə bilər”, – Budanov qeyd edib.
O əlavə edib ki, Rusiya hazırda Avropada həyata keçirdiyi təxribatları 2014-cü ildə müharibənin başlanğıcında Ukraynada tətbiq etmişdi.
Jalə Rövşən