Bu yola daxil olan rus konvoyları yox edilir - Qəbiristanlığa çevrilən nöqtədən görüntü
Ukraynanın orta mənzilli dronlarla həyata keçirdiyi hücumlar nəticəsində 2026-cı ilin mayından indiyədək Rusiyanın cənub Ukraynadakı əsas logistika marşrutlarında 3 mindən çox yük maşını və digər nəqliyyat vasitəsi vurulub.
TodayPress TV xəbər verir ki, bu barədə "OSINT" analitiki Klement Molin bildirib.
Hücumların əsas istiqamətlərindən biri Rostov-na-Donu şəhərini işğal altındakı Krımla birləşdirən R-280 “Novorossiya” magistralıdır.
Məlumata əsasən, Ukrayna dronları marşrut boyunca hərəkət edən yük maşınlarını, yanacaq daşıyan avtomobilləri və hərbi təchizat vasitələrini hədəfə alır. Bəzi karvanlar hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş avtomobillərin müşayiəti ilə hərəkət edir.
Molinin paylaşımına görə, sentyabr ayında 770, oktyabrın ilk günlərində isə 132 nəqliyyat vasitəsinin vurulmasının qeydə alındığı bildirilir.
Qeyd edək ki, R-280 magistralı Rostov-na-Donudan Mariupol, Berdyansk və Melitopol üzərindən Krıma uzanır və Rusiya qüvvələrinin bölgədəki təchizatı baxımından mühüm əhəmiyyət daşıyır.
Jalə Rövşən