Bu ölkədə böyük neft-qaz yatağı tapıldı

Dünya

21.05.2026 20:50

Misirdə Qərbi Səhrada böyük neft-qaz yatağı aşkar edilib. Bu, 15 il ərzində tapılan ən böyük yataqdır.

TodayPress TV xəbər verir ki, bu, Misirin Neft və Mineral Sərvətlər Nazirliyinin bəyanatında qeyd olunub.

Nazirliyin yaydığı məlumata görə, ilkin hesablamalara əsasən, yeni yatağın ehtiyatları təxminən 330 milyard kubfut təbii qaz, 10 milyon barel kondensat və xam neft olmaqla, ümumilikdə, 70 milyon barel neft ekvivalenti həcmində qiymətləndirilir.

Yeni yataq Misir Dövlət Neft Korporasiyası ilə İtaliyanın “Eni” şirkətinin birgə investisiya qurumu olan “Agiba Petroleum” tərəfindən aşkarlanıb.

TodayPress TV

tag: Qaz ,Neft,Misir,Dünya,Todaypress.tv,