Brüssel Qrenlandiyanın qorunması ilə bağlı bəyanat yaydı

Dünya

17.01.2026 16:21

Avropa ölkələri Qrenlandiya ilə bağlı mümkün qarşıdurma şəraitində ABŞ-ni hərbi yolla məğlub etmək gücündə deyil.

TodayPress TV xəbər verir ki, bunu Belçikanın Müdafiə naziri Teo Franken "VRT" telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Qrenlandiya uğrunda müharibə ssenarisi real deyil:

“Doğrudanmı Qrenlandiyaya görə müharibə başlatmağa hazırlaşırıq? Amerikalıların hərbi üstünlüyü, xüsusilə də bu regionda, olduqca böyükdür. Təchizat xətlərinə baxmaq kifayətdir. Biz onları hərbi yolla məğlub edə bilmərik”.

Teo Franken vurğulayıb ki, bu səbəbdən Avropa dövlətləri “A planı” çərçivəsində hərəkət etməlidir. Sözügedən plan ABŞ-ni Avropa İttifaqının Qrenlandiyanın təhlükəsizliyini müstəqil şəkildə təmin edə biləcəyinə inandırmaqdan ibarətdir.

Qeyd edək ki, daha əvvəl Avropa Parlamentinin sədri Roberta Metsola Avropada Qrenlandiya məsələsi ilə bağlı ABŞ ilə mümkün silahlı qarşıdurma ehtimalının istisna edilmədiyini açıqlamışdı.

Qiymət Mahir

tag: Avropa ,Qrenlandiya ,Belçika,ABŞ,Todaypress.tv,