Britaniyada 8,7 milyon sərnişinin məlumatları OĞURLANDI
Böyük Britaniyanın üç hava limanına edilən kiberhücumlar nəticəsində 8,7 milyon sərnişinin şəxsi məlumatları oğurlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “LBC” radiostansiyası məlumat yayıb.
Qeyd edək ki, söhbət sərnişinlərin elektron poçt ünvanları, telefon nömrələri, avtomobillərin qeydiyyat nömrələri və poçt indekslərindən gedir.
Xatırladaq ki, daha əvvəl “Sky News” Londonun Stansted, Mançester və İngiltərənin mərkəzi hissəsində yerləşən Şərqi Midlend hava limanlarına kiberhücumlar edildiyini bildirmişdi.
Aysel Mətləb