Britaniya universitetində dron elmləri üzrə kurs keçiriləcək

Dünya

21.01.2026 15:05

Böyük Britaniyanın Yeni Model Texnologiyalar və Mühəndislik İnstitutu pilotsuz uçuş aparatlarına (PUA) həsr olunmuş "dron elmləri" kursunu tədris proqramına daxil edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Standard” nəşri məlumat yayıb.

Bildirilir ki, Böyük Britaniya universitetində Ukraynadakı münaqişədən çıxarılan dərslər əsasında formalaşdırılan və ordu tərəfindən maliyyələşdirilən "dron dərəcəsi" təklif olunacaq.

Tədris 2026-cı ilin sentyabrında başlayacaq və PUA sistemlərinin layihələndirilməsi, yığılması və sınaqdan keçirilməsinə həsr ediləcək. 

Kursun Müdafiə Nazirliyi tərəfindən 240 min funt sterlinq həcmində investisiya hesabına maliyyələşdirilməsi gözlənilir. Həmçinin proqram çərçivəsində 15 mülki şəxs və beşədək hərbi qulluqçunun təhsilə cəlb olunması planlaşdırılır.

Aysel Mətləb

TodayPress TV

tag: Britaniya,Dron,PUA,Kurs,Todaypress.tv,