Britaniya: İranın hücumları maraqlarımıza təhlükə yaradır

Dünya

21.03.2026 17:15

Böyük Britaniya Müdafiə Nazirliyi İranın Hind okeanında yerləşən Dieqo Qarsiya adasındakı ABŞ-Böyük Britaniya hərbi bazasına raket atmasından sonra narahatlığını ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Nazirlik bildirib ki, İranın “ehtiyatsız hücumları”, regiondakı fəaliyyətləri və Hörmüz boğazı ətrafındakı gərginlik Britaniya və onun müttəfiqləri üçün təhlükə yaradır.

Qeyd olunub ki, Böyük Britaniyanın RAF təyyarələri və digər hərbi bölmələri regionda vətəndaşların və şəxsi heyətin təhlükəsizliyini qorumaqda davam edir.

Məlumata görə, London Vaşinqtona Britaniya bazalarından məhdud müdafiə əməliyyatları üçün istifadə etməyə icazə verib.

Martın 21-də isə İran rəsmiləri Dieqo Qarsiya adasındakı hərbi bazaya iki ballistik raket atdıqlarını təsdiqləyiblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Britaniya,İran,Təhlükə,Dieqo Qarsiya,Todaypress.tv,