Britaniya Hörmüz boğazında təhlükəsizlik üçün 40 ölkə ilə görüş keçirəcək

Dünya

07.04.2026 11:09

Böyük Britaniya aprelin 7-də 40-a yaxın ölkədən hərbi ekspertlərin iştirakı ilə videokonfrans formatında görüş təşkil edəcək.

TodayPress TV xəbər verir ki, görüşdə Hörmüz boğazında hərbi əməliyyatlar başa çatdıqdan sonra təhlükəsizliyin necə təmin olunacağı müzakirə olunacaq.

Məlumata görə, tədbirə əvvəllər İranı təhdidlərə, mina yerləşdirməyə və gəmiçiliyə maneə yaratmağa son qoymağa çağıran birgə bəyanatı imzalamış ölkələrin nümayəndələri qatılacaq. Bu ölkələr arasında Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və digər Avropa və qeyri-Avropa dövlətləri var.

Görüş London yaxınlığındakı Nortvud hərbi bazasından idarə olunacaq və açılış nitqini britaniyalı yüksək rütbəli hərbçi edəcək.

Mənbələrin bildirdiyinə görə, mümkün dəniz koalisiyasının yaradılması ölkələrin hərbi imkanlarının fərqli olması səbəbindən çətinləşir. Təklif edilən koalisiyanın NATO çərçivəsində fəaliyyət göstərməyəcəyi qeyd olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Britaniya,Hörmüz,Sammit,İclas,Todaypress.tv,